Yeni vebsayt yaradərkən diqqət edilməsi gərəkən ən önəmli məqamlardan biri də doğru domen adı seçimidir. Bu məqamı öməli edən faktorlardan biri də SEO’dur (Search Engine Optimisation – Axtarış Sistemi Optimizasiyası). Doğru domen adı sizin vebsaytınızn Google, Bing, Yandex və s. axtarış sistemlərində yuxarı sıralarda çıxmasına və təklif etdiyiniz məhsul və ya xidmətlərin məhz sizin potensial müştərilərinizə təqdim edilməsinə çox ciddi təsir göstərəcəkdir.

Domena adı SEO’ya necə təsir edir?

Bütün axtarış sistemlərin işləmə prinsipi, axtarış edən insanlara doğru məlumatı təqdim etməkdən ibarətdir. Domen adınızın SEO’ya uyğun olması, axtarış sistemlərinə sizin saytınızın məhz axtarılan o məlumatla əlaqədar olduğunu bildirəcək. Bu isə öz növbəsində, daha çox insanın sizin saytınıza keçid edərək təklif etdiyiniz məhul və xidmətlərlərə tanış olmasına səbəb olacaqdır.

Buna ən yaxşı nümunələrdən biri toy mərasimlərində ehtiyac duyulan məhsulların satışını həyata keçirən toyucun.az saytdır. “Toy ucun …” ifadələriylə edilən hər hansı bir axtarışda toyucun.az domen adı Google’a, axtarılan məlumat üçün mümkün ən uyğun sayt kimi görünəcək.

Domen adı seçərkən, təbii olaraq, SEO ilə yanaşı digər amilləri də nəzərə almalısınız. Qadın geyimləri satırsınızsa, qadingeyimleri.az domen adı məhsulla bağlı iki əsas açar sözdən ibarət olduğuna görə SEO üçün çox əlverlişli ad ola bilər. Amma unutmamaq lazımdır ki, bu kimi adlar brendləşdirmə nöqteyi nəzərdən heç də uğurlu seçim olmayacaq.

SEO’ya, yoxsa brendləşdirməyə uyğun domen adı?

SEO’ya uyğun domen adlarının müsbət və mənfi tərəflərindən yuxarıda artıq bəhs etmişik. Brendləşdirməyə uyğun domen adı seçərkən də nəzərə alınmalı olan faktorlar var. Bu faktorların başında unikallıq gəlir. Jeff Bezos şirkətin və domenin adlarını Amazon və amazon.com yerinə SEO cəhətdən səmərəli onlinestore.com, onlineshop.com və s. kimi adlar seçə bilərdi. Amma o adlar ümumi anlayışları ehtiva etdiyi üçün heç bir unikallıq daşımırlar. Amazon isə həm səsləniş, həm yadda qalan olması baxımından gözəl seçimdir və bu cür uğurlu brendləşdirilə bilən adlar ilə sizin biznesinizə unikal bir kimlik qazandır, sizi digərlərindən fərqləndirir.

Digər tərəfdən, bütün axtarış sistemləri insanlara hər zaman daha keyfiyyətli nəticələr təqdim etməyə çalışırlar. Bu baxımdan, istər təqdim edilən məlumatların etibarlılığına görə, istər təklif edilən məhsul və ya xidmətlərin keyfiyyətinə görə brendləri, brendləşə bilmiş saytları sevirlər. Yenə bir nümunə ilə izah etməli olsaq, Google Azərbaycanla bağlı hər hansı bir xəbər axtarışı zamanı həmin xəbəri azerbaijannews.com saytından yox, yayımladığı xəbərlərin keyiyyətinə görə brendləşmiş, brendləşə bilmiş bbc.com saytından təqdim edəcək. Bu mənada axtarış sistemlərinin gözündə brend keyfiyyətlə asossasiya olunur və buna görə də brendləri sevirlər.

Mütləq iki variant arasında seçim etməlisiniz?

Əgər biznesinizinizə artıq ad seçmisinizsə, və bu ad artıq müəyyən çevrələrdə tanınırsa, bu tanınmışlığı itirməməmək üçün domen adınızı biznesinizin adına uyğun seçməlisiniz. Yox əgər biznesinə hələ ad seçməmisinizsə, həm brendləşdiriməyə uyğun, həm də içində açar sözlərin yer aldığı bir ad seçərək hər iki amildən istifadə edə bilərsiniz. Bu kimi hallara nümunə olaraq Bizim Marketi, Rahat Marketi və ya Araz Marketi göstərə bilərik. Təsadüfi deyil ki, Google’da "market" sözünü axtarsanız, qarşınıza ilk bu marketlərin saytları çıxacaq.

Sonda onu da qeyd edək ki, domen adı axtarış sistemərindəki nəticələrinə təsir edən önəmli faktorlardan biri olsa da, yeganə faktor deyil. Əgər saytınız axtarış sistemlərinə görə doğru şəkildə optimizasiya edilməyibsə, təəssüf ki, nə qədər doğru seçilmiş olsa da, domen adınız nəticələrə çox da güclü təsir edə bilməyəcək.