Domen adı seçimi zamanı doğru ad seçimi qədər önəmli olan doğru domen sonluğu seçiminə də fikir verilməlidir. Çünki, domen sonluğu da ən az domen adı qədər vebsaytınızın axtarış sistemi nəticələrinə təsir edir və domen adı biznesinizin kimliyini təyin etdiyi kimi, domen sonluğu da biznesinizin hədəflədiyi bazar seqmentini müəyyənləşdirir.

Domen sonluğu nədir?

Domen sonluğu domen adının son qismində "." işarəsindən sonra gələn hissəyə deyilir. Təyinatına görə domen sonluqları müxtəlif qruplara bölünür. Ən çox istifadə olunan domen sonluqları .COM, .NET, .BIZ, .ORG və s. kimi beynəlxalq yüksək səviyyəli (TLD – Top Level Domain) domen sonluqları və .AZ, .RU, .COM.TR kimi ölkə kodlu yüksək səviyyəli (CCTLD – Country Code Top Level Domain) domen adlarıdır.

Hər nə qədər beynəlxalq səviyyəli domen sonluqlarının daha əhəmiyyətli olduğuna inanılsa da, ən çox istifadə edilən axtarış sisetmi olan Google’un alqoritmlərinin analizi orataya qoyur ki, ölkə kodlu domen sonluqları axtarış sistemi nəticələrində daha əhməiyyətli rol oynayır.

Niyə ölkə kodlu domen sonluğu əhəmiyyətlidir?

Ölkə kodlu domen sonluqları axtarış sitemlərinə, vebsaytın təqdim etdiyi məzmunun (məlumatın, məhsul və ya xidmətin) müəyyən bir coğrafi bölgəni hədəflədiyini göstərmək üçün ən effektiv vasitədir. Google ölkə sonluqlu domen istifadə edən saytların təqdim etdiyi məzmunun həmin ölkə ilə əlaqəli olduğunu qəbul edir və həmin ölkədən edilən axtarışların nəticələrində o saytlara üstünlük verir. Azərbaycandan bir məhsul axtaran birinə həmin məhsulu ABŞ’dan təqdim edilməsi mənasız olardı. Google da məhz bu məntiqlə yanaşır və Azərbaycandan edilən axtarışlarda .AZ sonluqlu domen istifadə edən saytları daha yuxarıda çıxarır. Ölkə kodlu domen sonluğu istifadə edərək siz, Google’a biznesinizin ölkə kodlu domen sonluqlarının uyğun olduğu müəyyən bir bazarı hədəf aldığınızı xəbər verirsiniz. Ona görə də əgər beynəlxaq bazara çıxmağı hədəfləmirsinizə, ölkə kodlu domen sonluğu istifadə etməklə axatarış sistemlərində yuxarı sıralarda çıxaraq yerli bazarda daha effektiv nəticə edə bilərsiniz.

Daha etibarlıdır.

Bundan əlavə ölkə kodlu domen sonluğu insanlarda həmişə daha etibarlı təəsürat yaradır. Xüsusilə elektron ticarət zamanı müştərilər öz ölkələrinin kodu ilə domen sonluğu istifadə edən saytlara daha çox etibar edirlər. Güman ki, məhsul sifarişi etdikləri şirkətin onlarla eyni ölkədə, eyni şəhərdə olması, əlçatan olması insalarda güvən hissi yaradır.

Ölkə kodlu sonluq sizə daha geniş domen adı seçimi imkanı verir.

Beynəlxalq domen sonluqları olduğuna görə, bir çox hallarda seçdiyiniz domen adına uyğun .COM, .NET, .CO və s. sonluqlar artıq tutulmuş olur. Ancaq ölkə kodlu sonluqlu domenlərlə belə halların baş verməsi riski nisbətən daha az olur.

Ölkə kodlu domen sonluğu qlobal axtarış nəticələrinizi məhdudlaşdıra bilərmi?

Ölkə kodlu domen sonluğu SEO (Search Engine Optimisation – Axtarış Sistemi Optimizasiyası) cəhətdən axtarış sistemləri nəticələrinizə qətiyyən mənfi təsir göstərmir. Əksinə, yuxarıda qeyd edilən bir sıra müsbət təsirləri var.

Təsadüfi deyil ki, Amazon, McDonalds kimi qlobal şirkətlər hər ölkə üçün müvafiq ölkə kodlu domen sonluğundan istifadə edirlər. Bu da öz növbəsində onların hər ölkədə fərqli bazar strategiyası yürütmələrinə və o ölkələrin hər birində axtarış sistemlərində daha yuxarı sırlarda çıxarmalarına imkan verir. Google’a daxil olub “mcdonalds” yazaraq axtarış etsəniz, Google sizə ilk öncə mcdonalds.com saytını yox, mcdonalds.az saytını təqdim edəcəkdir.

Göründüyü kimi, hətta uğurlu qlobal şirkətlər də fərqli lokal bazarlar üçün müvafiq ölkə kodlu domen sonluqlarından istifadə edərək həmin bazarlarda daha səmərəli fəaliyyət göstərməyə çalışırlar. Ona görə də əgər beynəlxaq bazara çıxmağı hədəfləmirsinizə, ölkə kodlu domen sonluğu istifadə etməklə axatarış sistemlərində yuxarı sıralarda çıxaraq yerli bazarda daha effektiv nəticə edə bilərsiniz .